Martın 7-nə olan hava proqnozu

post-img

Martın 7-də

Bakıda və Abşeron yarımadasında gecə başlayan yağışın günorta saatlarınadək da­vam edəcəyi, saat 14:00 radələrində kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, gün­düz mülayim şimal-şərq küləyi əvəz olunacaq. Gecə 5-8°, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 768 mm civə yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. 

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsə­cək. Gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 5-10° isti olacaq. 

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayon­larında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gün­düz 2-6° isti olacaq. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Bəzi yer­lərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Fü­zuli rayonlarında gün ərzində bəzi yerlərdə ara­bir yağıntılı olacağı, qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə du­man olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 3-7°, gündüz 10-15° isti olacaq. 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonla­rında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman ola­caq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 2-6°, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq. 

 Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabi­rabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kə­siləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Gecə 3-7° , gündüz 12-17° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında bəzi yerlərdə arabir yağıntılı olaca­ğı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ay­rı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Ya­ğıntılar axşam tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək. Gecə 4-6°, gündüz 10-15°, dağlarda gecə 2-4°, gündüz 4-6° isti olacaq. 

 

Ekologiya