Avropa Komissiyası Ukraynaya 1 milyard avro ayrır

post-img

Dünən Ukraynada Rusiyanın hücumları davam edib. Əsas döyüşlər yenə Baxmut istiqamətində gedib. Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyaya məxsus 13 pilotsuz uçuş aparatını məhv etdiyi bildirilir. Məlumatı UNİAN verib. 

Hava Qüvvələrinin rəsmisi Yuri İqnat bildirib ki, rus ordu­su ilkin olaraq 15 PUA buraxıb, onlardan 13-ü hava hücumun­dan müdafiə qüvvələri tərəfin­dən məhv edilib.

Rusiya tərəfi isə Ukray­na ordusunun Kursk vilayəti­nin Xomutov rayonu ərazisini atəşə tutduğunu bəyan edib. Bu barədə Kursk qubernatoru Roman Starovoyt məlumat ve­rib: “Ukrayna ordusu Xomutov rayonunun sərhədyanı ərazisi­ni atəşə tutub. Atəş nəticəsin­də elektrik təminatı obyektləri dağılıb, İskra kəndi işıqsız qa­lıb”. 

Avropa Komissiyası isə dünən Kiyevə fövqəladə dəstək paketi çərçivəsində si­lah almaq üçün 1 milyard avro ayrılacağını bildirib. Bu qərar Baxmutda yaranmış çətin və­ziyyətlə əlaqədar qəbul edilib. 

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər