Bu günlərdə Fransa Prezidenti Emmanuel Makron Afrika ölkələrində səfərdə olub və ölkəsinin Afrikaya müdaxilə siyasətinin bitdiyini, yeni eranın başlandığını bəyan edib: “Fransanın Afrikaya müdaxilə etmək istəyi yoxdur. “Fransafrik” dövrü bitdi. Afrika ölkələri ilə yeni səhifə açmaq istəyirik. Fransa Afrika qitəsindəki hərbi bazalarının sayını da azaldacaq”.
Amma artıq Afrikada ona inanan yoxdur. Makronun Kon-qoya səfəri uğursuzluqla nəticələnib. Konqonun “L-Avenir”qəzeti bildirib ki, səfər ölkədə heç kəsin diqqətini çəkməyib. Konqo Prezidenti Feliks Çisekedi isə birgə mətbuat konfransında Makrona 1994-cüil soyqırımını xatırladıb və sual edib ki, belə olan halda Paris Konqoda təhlükəsizliyi necə təmin edəcək. Makron isə əsəbiləşərək səsini qaldırıb və məsuliyyəti yerli hakimiyyətin üzərinə qoymağa çalışıb: “Mən Fransanın məsuliyyət daşıdığını inkar edirəm”.
Parisdə çıxan “Fiqaro” qəzetinin yazdığı kimi, artıq Fransa Afrikada bütün nüfuzunu itirib. Onun yerini Rusiya, Çin, ABŞ və Hindistan tutur. Son vaxtlar isə bir sıra ölkələr Fransa hərbi qüvvələrinin çıxarılmasını tələb edib. Artıq MAR, Mali və Burkino-Fasodakı fransız qoşunları bu ölkələri tərk edib.
Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

