Görkəmi memar Rafael Vinyoli vəfat edib

post-img

Uruqvay-Amerika mənşəli məşhur memar Rafael Vinyoli Nyu-Yorkda 78 yaşında vəfat edib. Onu məşhurlaşdıran cəsarətli layihələr dünyanın müxtəlif guşələrində reallaşdırılıb.

AZƏRTAC “Latin American News” saytına istinadla xəbər verir ki, Rafael Vinyoli 2001-ci il sentyabrın 11-də terror aktı nəticəsində dağıdılmış Ümumdünya Ticarət Mərkəzinin yerləşdiyi əkiz qüllələrin bərpası üçün müsabiqədə iştirak edəndən sonra məşhurlaşdıran. Onun ən məşhur işləri arasında Montevideodakı yeni Karrasko aeroportu, Boston konfrans mərkəzi və Londondakı qalmaqallı “20 Fenchurch Tower” qüllə olub (hündürlüyü 160 metr olan bu qüllə qeyri-adi formasına görə “Walkie Talkie” adlanır).

Rafael Vinyoli 1944-cü ildə Uruqvayın paytaxtı Montevideoda anadan olub. 1978-ci ildə Amerikaya köçüb gedib, orada “Rafael Viñoly Architects” adlı studiya yaradıb. Hazırda ABŞ, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Argentinada ofisləri olan bu studiya dünyanın müxtəlif guşələrində çoxsaylı binaları, o cümlədən Nyu-Yorkdakı məşhur “432 Park Avenue” göydələnini layihələşdirib.

Son xəbərlər