“Twitter”in alternativi – “Bluesky”

post-img

İlon Maskın gəlişi ilə “Twitter”i tərk edən Cek Dorsi 2022-ci ilin may ayından şəxsi sosial şəbəkəsi – “Bluesky” üzərində işləyir. “Twitter”-in alternativi sayılan bu platforma artıq istifadəyə verilib. Xəbəri “cnn.com” saytı verib.

“Twitter”in sadələşdirilmiş versiya­sı olan “Bluesky” ilk olaraq “iPhone” is­tifadəçiləri üçün əlçatan olacaq. Proq­ramı hər kəs yükləyə biləcək, ancaq hər kəs üzv ola bilməyəcək. Belə ki, yeni sosial şəbəkəyə qoşulmaq üçün istifadəçilər əvvəlcədən üzv olmuş şəxslərdən dəvət almalıdırlar.

Məlumata görə, “Bluesky” “Twit­ter”ə çox bənzəyir. “Twitter”də olduğu kimi, istifadəçilər “Bluesky” platfor­masında da qısa yazılar, o cümlədən fotoşəkillər əlavə edə biləcəklər. Bun­dan əlavə, istifadəçilər bu proqramda da “axtarış”, “izləmə” və “Ana səhifə”­də yazılarına baxmaq kimi “Twitter”lə eynilik təşkil edən xüsusiyyətlərə sa­hib olacaqlar.

Hazırda “Bluesky”in rəsmi say­tında sosial şəbəkə haqqında geniş təfərrüatlar yoxdur. Yalnız istifadə­çilərə dəvət kodu əldə etmək üçün gözləmə siyahılarına qoşulmağa icazə verilib. 

 

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Son xəbərlər