“Böyükşor Avtonəqliyyat” ASC-nin 2022-ci il dekabrın 31-nə bitən il üzrə maliyyə vəziyyəti haqqında hesabatı
min manatla
AKTİVLƏR 2022-ci il 2021-ci il
Uzunmüddətli aktivlər
Qeyri – maddi aktivlər 52,1 62,6
Torpaq, tikili və avadanlıqlar 1309,4 1252,5
Cəmi uzunmüddətli aktivlər 1361,5 1214,8
Qısa müddətli aktivlər
Ehtiyatlar 0,6 0,6
Qısamüddətli debitor borcları 22,2 6,4
Pul vəsaitləri və onları ekvivalentləri 217,4 205,7
Cəmi qısamüddətli aktivlər 240,2 287,2
Cəmi aktivlər 1601,7 1502,0
KAPİTAL VƏ ÖHDƏLİKLƏR
Kapital
Ödənilmiş nominal (nizamnamə) kapitlı 1154,7 1154,7
Kapital ehtiyatları 154,9 133,9
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) 264,2 209,8
Cəmi kapital 1573,8 1498,4
Qısa müddətli aktivlər
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 16,1 17,6
Sair qısamüddətli kreditor borcları 11,8 11,8
Cəmi qısa müddətli aktivlər 27,9 29,5
Cəmi aktivlər 27,9 29,5
Cəmi kapital və öhdəliklər 1601,7 1527,8
MALİYYƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİ
HAQQINDA HESABAT
Məzmunu 2022-ci il 2021-ci il
Satış 476,2 395,8
Sair əməliyyat gəlirləri 1,9 1,4
İşçi heyəti üzrə xərclər (90,3) (79,3)
Amortizasiya xərcləri (30,4) (29,6)
Sair əməliyyat xərcləri (27,2) (26,1)
Əməliyyat mənfəəti (zərəri) 330,2 262,2
Vergidən əvvəl mənfəət (zərər) 330,2 262,2
Mənfəət vergisi (66,0) (52,4)
Hesabat dövrünün xalis mənfəəti 264,2 209,8
MÜSTƏQİL AUDİTORUN HESABATI
“Böyükşor Avtonəqliyyat” ASC-nin rəhbərliyinə
Müsbət rəy
Biz, “Böyükşor Avtonəqliyyat” ASC-nin 2022-ci il dekabrın 31-nə olan maliyyə vəziyyəti haqqında hesabatından, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatından, kapitalda dəyişikliklər haqqında və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatının auditini aparmışıq.
Bizcə, əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 2022-ci il dekabrın 31-nə maliyyə vəziyyəti, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərində düzgün və ədalətli təsəvvür yaradır.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində təsvir edilir. Biz maliyyə hesabatlarının auditinə aid etik normalarla “Etika Məcəlləsi”nin tələblərinə uyğun olaraq cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit subutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Əsas audit məsələləri
Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə hesabat dövrünün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdəndir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına aid rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmış və biz bu məsələlər barədə ayrılıqda rəy vermirik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına, düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ yaranmadığı halda, rəhbərlik cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının verilmə prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatıni təqim etməkdir. Kafi əminlik, əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər, dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qəraqrlarına təsir etmək ehtimalı yarandığı halda əhəmiyyətli hesab olunur.
“Cavid-Audit” MMC-nin direktoru – auditor Ş.M.Məmmədov
Auditor rəyi 2023-cü il yanvarın 30-da tərtib edilmişdir.