36 təşkilata lisenziya verilib

post-img

Azərbaycan Cüdo Federasiya­sı (ACF) daha 36 idman təşkilatına lisenziya təqdim edib. ACF-in mət­buat xidmətindən aldığımız məlu­mata görə, idman təşkilatlarının li­senziyalaşdırılması prosesi davam edir. ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən, 36 idman təşkilatına 5 il müddətinə müvafiq lisenziya verilib. Həmin idman təşki­latları qaydalara əsasən, tələb edilən sənədlər paketini tam şəkildə təqdim edib və qaydalarda müəyyən edilən meyarlara uyğun olduqları müəyyən edilib.

Qeyd edək ki, ACF-in İcraiyyə Ko­mitəsinin 2022-ci ilin avqust ayında təs­diq etdiyi “İdman təşkilatlarının lisenzi­yalaşdırılması üzrə qaydalar”a uyğun olaraq ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start ve­rib. İlkin mərhələdə 26 dekabr 2022-ci ildə 21 idman təşkilatına lisenziya ve­rilib. Beləliklə, hazırda lisenziyalaşdırıl­mış idman təşkilatının sayı 57-dir.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman