Şagirdlərlə görüş

post-img

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 5 Mart Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqə­dar idman həftəsi çərçivəsində Sə­bail rayonu 239 saylı tam orta məktə­bində şagirdlərlə görüş keçirib. 

Bu barədə AKAF-dan qəzetimizə verilən məlumatda bildirilib ki, görüş çərçivəsində məktəblilərə avarçəkmə idman növü üzrə “Ustad dərsləri” ke­çilib. Görüşdə akademik avarçəkmə üzrə məşqçi Samir Məmmədov şagird­lərə seminar keçib. Seminar zamanı avarçəkmə idman növünün tarixi və Azərbaycanda inkişaf etdirilən növləri haqqında məlumat verilib. 

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin təşəbbüsü əsasında AKAF-ın dəstəyi ilə keçirilən seminarın təşki­lində məqsəd şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliğidir.

 

Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”

İdman