Şəhid ailələri ilə görüş keçirilib
Rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev şəhid ailələri ilə görüş keçirib.
O, dövlətimizin və xalqımızın hər zaman Vətən uğrunda canından keçən igidlərimizin əziz xatirəsini uca tutduğunu, şəhid ailələrinin həmişə diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanan icra hakimiyyətinin başçısı onları diqqətlə dinləyib, qayğıları ilə tanış olub, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Görüşün sonunda şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və təkliflərini səsləndirmişlər.
Sonra şəhid ailələri ilə xatirə şəkili çəkilib.
Yollar işıqlandırılır
Göyçay şəhərində piyadalar üçün təhlükəsiz hərəkət mühitinin formalaşdırılması ilə bağlı tədbirlər görülür.
Şəhərin əsas gediş-gəliş yollarından sayılan Natəvan və Ə.Kərim küçələrində əhalinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rayon icra hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən piyada yollarının, şəhərin Heydər Əliyev prospektinin və Mehdi Hüseyzadə küçəsinin də işıqlandırılması təmin edilib.
Hazırda şəhərin digər küçələrində də piyada yollarının işıqlandırılması davamlı olaraq icra edilir.
Görülən işlərlə yanaşı, şəhərin küçələrdə qurumuş ağacların budanması işləri aparılıb.
Abadlıq və təmizlik işləri davam etdirilir
Rayonda tikinti və abadlıq işləri uğurla davam etdirilir. Şəhərlə yanaşı, rayonun kəndlərində yaşıllıqların artırılması məqsədilə yeni ağacların əkilməsi, suvarma arxlarının qazılması, yolların cari təmir edilməsi və yol kənarlarının kol-kosdan təmizlənməsi işləri aparılır.
Rayon icra hakimiyyəti başçısının Qarabaqqal kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə kəndin “Məktəb yolu” adlanan hissəsi xüsusi texnika vasitəsilə hamarlanıb.
Həmçinin Şəhadət və Məlikkənd kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı ilə kənd ərazisində yaşıllıq sahələrinin artırılması məqsədilə ilə yeni ağaclar əkilib.
Potu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə Göyçay–Ucar avtomobil yolunun Potu kəndinin ərazisindən keçən hissəsində yol kənarları tullantılarından, alaq otlarından təmizlənərək səliqə-səhman yaradılıb və rayon Suvarma Sistemləri İdarəsinin texnikası vasitəsilə 650 metr məsafədə yeni arxı qazılaraq suyun ötürücülük qabiliyyətinin artırılması təmin edilib.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

