“Heydər Əliyev İli”nə həsr olunan Elm festivalına start verilib

post-img

Martın 1-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Heydər Əliyev İli”nə həsr edilən Elm festivalına start verilib. Festival 27 mart – Azərbaycanda Elm Gününədək davam edəcək.

UNEC-dən bildirilib ki, festivalın açı­lışında “Müasir universitetlərdə elmi fəa­liyyət: yeni çağırışlar, imkanlar və mürək­kəb vəzifələrin həlli yolları” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda UNEC-in elm üzrə pro­rektoru professor Sakit Yaqubov Elm festivalının keçirilməsinin əsas məqsə­dinin elmin populyarlaşdırılması oldu­ğunu diqqətə çatdırıb. Bildirib ki, festival çərçivəsində konfrans, dəyirmi masalar, elmi-praktik seminarlar, açıq elmi-popul­yar mühazirələr, debatlar, kitab sərgisi və müxtəlif mövzularda 20-dən çox tədbir keçiriləcək.

Tədbirdə iştirak edən akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev ulu öndər Heydər Əli­yevin Azərbaycan elminin inkişafındakı rolundan danışıb. Akademik ulu öndə­rin Azərbaycan aliminə və elminə hər zaman diqqət və qayğı ilə yanaşdığını, onun rəhbərliyi ilə bu sahədə ardıcıl və sistemli tədbirlər həyata keçirildiyini bil­dirib.

Milli Məclisin deputatı Etibar Əliyev elmin populyarlaşması, xüsusilə də regi­onlarında bu sahəyə diqqətin artırılması­nın vacibliyindən söz açıb. Deputat elmə verilən dəyərin dəyişdiyini diqqətə çatdı­raraq, alimlərin də paradiqmaları dəyiş­məli olduğunu vurğulayıb.

UNEC rektorunun fəxri müşaviri Fər­rux Tuzçuoğlu isə ali təhsil sisteminin beynəlmiləlləşməsindən danışaraq, bu istiqamətdə UNEC və Sakarya Universi­tetinin təcrübəsini bölüşüb.

Tədbirin moderatoru, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov UNEC-in elmi fəaliyyətində yeni idarəçi­lik modeli barədə təqdimatla çıxış edib. O, elmi-tədqiqat işlərinin nəticələrinin tədris prosesində tətbiqi, tədqiqat univer­sitetinə keçid, strateji hədəflər, UNEC-in nüfuzlu elmi nəşr platformalarındakı göstəricilərinin analitik təhlili, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verib.

Konfrans işini panel diskussiyalarla davam etdirib.

Elm festivalı çərçivəsində UNEC Ki­tabxana İnformasiya Mərkəzi tərəfindən təşkil olunan kitab sərgisində ulu öndər Heydər Əliyev və Müzəffər Ali Baş Ko­mandan İlham Əliyevdən bəhs edən ki­tablar nümayiş olunub.

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər