Hərbi tibb heyəti Türkiyədən Vətənə qayıdıb

post-img

Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini başa vuraraq Vətənə qayıdıb. Hərbi həkimlərimiz Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstəriblər. 

Tibb heyətimiz qardaş ölkədə, ümumilikdə, 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə isə ambulator yardım göstərib. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-re­konstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, Azərbaycan Ordusunun 20 nəfərlik hərbi tibb personalının fəaliyyəti Tür­kiyədə yüksək qiymətləndirilib.

 

“Xalq qəzeti”

Son xəbərlər