“Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri”

post-img

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Heydər Əliyev və Azərbaycan ədəbi-ictimai fikri” mövzusunda elmi sessiya keçirilib.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akade­mik İsa Həbibbəyli elmi məclisi giriş sözü ilə açaraq bildirib ki, alimlərimiz ümummilli lider Heydər Əliyevin hə­yat və fəaliyyətinin dərindən öyrənil­məsini, dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinin elmi cəhətdən əsaslan­dırılmış şəkildə ictimaiyyətə çatdı­rılmasını önəmli borc hesab edirlər. Ulu öndərin çoxəsrlik tariximizin nadir şəxsiyyətlərindən biri və zirvələri fəth etmiş görkəmli dövlət xadimi olduğu­nu vurğulayan akademik əlavə edib ki, Azərbaycanın yarıməsrlik inkişaf tarixi Heydər Əliyevin adı ilə bağlıdır. 

Qeyd edilib ki, ümummilli lide­rin ölkəmizə rəhbərlik etdiyi illərdə qısa müddətdə həyata keçirdiyi ge­niş islahatlarla Azərbaycanı keçmiş SSRİ-nin ən qabaqcıl respublika­larından birinə çevirib. Xalqımızın böyük oğlu 1990-cı illərdə Azərbay­canın müstəqilliyini itirmək təhlükə­sini aradan qaldırıb, dövlət orqanla­rını yenidən formalaşdırmaqla əbədi müstəqilliyimizin təməllərini yaradıb. Müasir dövrdə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bü­tün sahələrdə daha da inkişaf etdirilib, regionun və dünyanın aparıcı dövlət­lərindən birinə çevrilib. 

Bildirilib ki, tədbirlər planına əsasən, aprel ayında AMEA-nın “Hey­dər Əliyev İli”nə həsr olunmuş ümumi yığıncağı keçiriləcək, Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə “Bir millət – iki dövlət” mövzusunda elmi konfrans təşkil olunacaq. Hazırda “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Mil­li Elmlər Akademiyası” sənədli filminin çəkilişinə hazırlıq aparılır, “Heydər Əliyev Ensiklopediyası”nın sözlüyünün layihəsi tərtib edilir. Ədəbiyyat İnstitu­tunda isə “Heydər Əliyevin bədii ob­razı: tarixilik və müasirlik” adlı monoq­rafiya və Heydər Əliyevin Azərbaycan ədəbiyyatı ilə bağlı fərman və sərən­camlarından ibarət toplu nəşrə hazır­lanır. “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının bir buraxılışı ulu öndərə həsr olunacaq.

Elmi sssiyada Əməkdar elm xadi­mi, filologiya elmləri doktoru, profes­sor Qəzənfər Paşayevin “Azərbaycan reallığında Heydər Əliyev epoxası”, AMEA-nın müxbir üzvü Tehran Əlişa­noğlunun “Müstəqillik dövrü nəsrində Heydər Əliyev”, filologiya elmləri dok­toru Elnarə Akimovanın “Ədəbiyyatda azadlıq ideallarının intişarında Heydər Əliyevin rolu”, filologiya elmləri dokto­ru Əlizadə Əsgərlinin “Heydər Əliyev: dünya sivilizasiyasında elit şəxsiyyət” və filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda məruzələri dinlənilib.

 

R.TAHİR, “Xalq qəzeti”

Son xəbərlər