Meksikalı parlamentarilər ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

post-img

Azərbaycanda səfərdə olan Meksika parlamentinin Meksika–Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyyeqasın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 28-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, nümayən­də heyətinin üzvləri əvvəlcə Fəxri xi­yabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Qonaqlar, həmçinin Şəhidlər xiya­banını ziyarət edərək, ölkəmizin azad­lığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Meksika ilə parlamentləra­rası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və digər rəsmi şəxslər mü­şayiət ediblər.

Son xəbərlər