Fermerlər Şurasının toplantısı

post-img

Fermerlər Şurasının növbəti toplantısı keçirilib. Tədbiri giriş sözü ilə açan kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Aqrar sahənin inkişafı üçün dövlət tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir. 

Həyata keçirilən tədbirlər və fermerlərin zəhməti nəticəsində ötən il Azərbaycanda aqrar sahə­də 3,4 faiz artım qeydə alınıb. Nazir kənd təsərrüfatı fəaliyyə­tinin təşkilində tətbiq olunan ye­niliklərə toxunub, aqrar sektorda artım tempinin qorunub saxlanıl­masının vacibliyini vurğulayıb.

Fermerlər Şurasının üzvlə­ri kənd təsərrüfatının müxtəlif sahələrinin, o cümlədən taxıl­çılıq, pambıqçılıq, baramaçılıq, toxumçuluq, intensiv bağçılıq və heyvandarlığın inkişafı ilə bağ­lı fikirlərini bölüşüblər. Görüşdə məhsuldarlığın yüksək olması üçün aqrotexniki tədbirlərin vax­tında və düzgün yerinə yetiril­məsi, torpaq sahələrinin dincə qoyulması, aqrokimyəvi analizi­nin aparılması, mineral gübrə, dərman və pestisidlərdən düz­gün istifadə, zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılması və digər mövzular müzakirə olunub.

Toplantıda bölgələrdə fer­merlər arasında maarifləndirmə tədbirlərinin davam etdirilməsi­nin əhəmiyyəti vurğulanıb, mine­ral gübrələr, toxum və texnika ilə təminat, subsidiyaların verilməsi, güzəştli kreditlərin verilməsi, aq­rar sığortanın tətbiqi, suvarma məsələləri ətrafında fikir müba­diləsi aparılıb.

Xatırladırıq ki, Fermerlər Şurası Kənd Təsərrüfatı Nazirliyi yanında fəaliyyət göstərir. Şura­nın tərkibinin üçdəbir hissəsi 6 aydan bir rotasiya qaydasında yenilənir.

Hazırda Fermerlər Şurasında ölkənin 15 bölgəsindən taxılçılıq, pambıqçılıq, tütünçülük, mey­vəçilik, heyvandarlıq, arıçılıq, toxumçuluq və digər sahələr üzrə fəaliyyət göstərən qabaqcıl fermerlər təmsil olunurlar.

 

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

Son xəbərlər