Uyğur dağlarında nadir teleskop

post-img

Çin Elmlər Akademiyasının Sincan Astronomiya Rəsədxanası Pamir dağla­rında yeni optik teleskop quraşdıracaq və bu, ölkənin üçüncü ən böyük səma müşahidəçisi olacaq. 1,9 metrlik teleskop Sintsziya vilayətinin cənubundakı Aketao rayonunda 4 min 520 metr yüksəklikdə, Muztağ rəsədxanasında yerləşdiriləcək. 

Rəsədxananın direktoru Vanq Na bil­dirib ki, qış aylarında bölgədə atmosferin rütubətliyi az olur və yüksək Konqur dağı şəhərdəki binalardan yüksələn işıqların qarşısını alır. Vanq sonra qeyd edib ki, Muztağda mükəmməl optik müşahidə şəraiti mövcuddur və dünya səviyyəli rəsədxanalarla müqayisə oluna bilər.

Çində sayca üçüncü ən böyük univer­sal optik teleskopun 2024-cü ilin iyunun­da istifadəyə verilməsi planlaşdırılır. Vanq həmçinin bildirib ki, Sincan Astronomiya Rəsədxanası Muztağ bölgəsində böyük elmi layihələrin icra edilməsinə şərait ya­radacaq. Bununla da rəsədxana dünya sə­viyyəli astronomik müşahidə və tədqiqat bazasına çevriləcək.

 

Aytən NƏCƏFOVA,
“Xalq qəzeti”

Son xəbərlər