“Azərsu” yeni yaşıllıqlar salır

post-img

Təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu öndərin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. 

Azərbaycan Respublikasının Pre­zidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağac-əkmə aksiyalarına başlanıb. 

Hövsan Aerasiya Stansiyası əra­zisində təşkil olunmuş ilk ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun zeytun və şam ağacları əkilib. Ağacəkmə aksiyasında səhm­dar cəmiyyətin rəhbərliyi və kollektivi fəal iştirak edib. 

Aksiyanın məqsədi ölkəmizdə eko­logiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman bö­yük önəm vermiş ulu öndər Heydər Əli­yevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. 

Yubiley tədbirləri çərçivəsində di­gər idarə və müəssisələr, hidrotexniki qurğuların ərazilərində də ağacəkmə aksiyaları keçiriləcək.

 

“Xalq qəzeti”

Son xəbərlər