Əlcəzair portalı X Qlobal Bakı Forumundan yazıb

post-img

Əlcəzairin “Əl Hərir” portalında martın 9-11-də Azərbaycan paytaxtında keçiriləcək mötəbər beynəlxalq tədbir – X Qlobal Bakı Forumu haqqında geniş xəbər və videomaterial yerləşdirilib.

Portalın materialında Azərbaycan Prezidentinin himayəsi altında və Niza­mi Gəncəvi Beynəlxalq Mərkəzinin təş­kilatçılığı ilə “Dünya bu gün: çağırışlar və ümidlər” mövzusunda təşkil oluna­caq forumda dünya gündəminin aktual mövzuları, qlobal problemlərin müza­kirə ediləcəyi diqqətə çatdırılıb.

Ərəb oxuculara məlumat verilib ki, qlobal təhlükəsizlik çağırışları, sülh naminə sağlamlıq, effektiv multikultu­ralizm islahatları, Azərbaycan vasitə­si ilə Avropa və Asiyanı birləşdirəcək nəqliyyat dəhlizləri, Afrika və Afrikanın gələcəyi, Çinin qlobal inkişafda rolu, elm, texnologiya və innovasiyalar və s.mövzularda panel müzakirələri təşkil ediləcək.

Materialda qeyd edilib ki, forum­da 50-dən çox ölkədən 400-ə yaxın nümayəndə, o cümlədən dövlət və hökumət başçıları, siyasətçilər, eks­pertlər, vətəndaş cəmiyyəti təmsilçiləri, həmçinin ərəb ölkələrinin nüfuzlu icti­mai-siyasi xadimləri iştirak edəcəklər.

Son xəbərlər