Türkiyə 523 terrorçunu məhv edib

post-img

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar deyib ki, “Pənçə-Kilit” əməliyyatında indiyədək 523 terrorçu məhv edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Onun sözlərinə görə, bu ilin yanvar ayından bəri isə 261 terrorçu zərərsizləşdirilib: “Terrorçuların sığınacaqlarını məhv edirik və buna davam edəcəyik. İraqla sərhəddəki 302 kilometrlik sahənin xeyli hissəsi terrorçulardan təmizlə­nib. Həmin ərazi nəzarətimiz­dədir”.

Türkiyənin milli müdafiə naziri, həmçinin vurğulayıb ki, ölkədə baş verən zəlzələlərin fəsadlarının aradan qaldırıl­ması üçün fədəkarlıqla çalışan hərbçilər sərhəd təhlükəsizliyi və terrorla mübarizə sahəsin­dəki işləri də eyni qətiyyətlə davam etdirirlər.

Qeyd edək ki, “Pənçə-Kilit” Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında terrorçula­ra qarşı keçirdiyi əməliyyatdır.

 

Hazırladı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Son xəbərlər