ABŞ-ın Ukraynaya 10 milyardlıq yardımı

post-img

Amerika Birləşmiş Ştatları ukraynalıların təcili ehtiyaclarını ödəmək üçün Ukraynaya 10 milyard dollardan çox yardım ayırır.

“Associated Press” agent­liyi bu barədə ABŞ Dövlət De­partamentinin rəsmisinə istina­dən məlumat verib. Xəbərdə qeyd olunur ki, vəsaitin böyük hissəsi – 9,9 milyard dolları Dünya Bankının İnzibati baca­rıqların gücləndirilməsi üçün dövlət xərcləri (Sülh) mexaniz­mi vasitəsilə ölkələr tərəfindən qrant şəklində ayrılır.

“Bu vəsaitlər Ukraynanın Rusiyaya qarşı müdafiəsi za­manı mühüm əhəmiyyət kəsb edir və Ukrayna hökumətinin öz vətəndaşlarının, xüsusən də səhiyyə, təhsil və fövqəladə xidmətlər kimi təcili ehtiyacları­nı qarşılamaqda davam etmək qabiliyyətini təmin edəcək”, - deyə departamentin rəsmisi bildirib.

Bundan əlavə, ABŞ Ukray­nanın enerji sisteminə kömək üçün daha 250 milyon dollar ayıracaq. Vəsaitlər Ukraynada məktəblər, xəstəxanalar üçün generatorların və başqa zəruri avadanlıqların alınıb quraşdı­rılmasında istifadə ediləcək.

 

Hazırladı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Son xəbərlər