Nigeriyada seçkilər

post-img

Dünən Nigeriyada prezident və parlament seçkiləri keçirilib. Seçkilərlə əlaqədar yüksək təhlükəsizlik tədbirləri görülüb.

Qeyd edək ki, seçkilər bü­tün Afrika ölkələrinin diqqət mərkəzində idi. Belə ki, Nige­riya həm əhalinin sayına (213 milyon nəfər), həm də ümum­daxili məhsulun həcminə görə qitənin aparıcı ölkəsidir.

Prezident postu uğrunda aralarında bir qadının olduğu 18 namizəd mübarizə aparıb. Ölkə konstitusiyasına əsasən, hazırkı Prezident Məhəmməd Buxari bu vəzifəyə iki dəfə se­çildiyi üçün seçkilərdə iştirak edə bilməz. 

Ölkədə prezident seçkiləri ilə birgə parlament seçkilə­ri də keçirilib. Senatda 109 yer uğrunda 1101 namizəd, Nümayəndələr Palatasında (parlamentin aşağı palatası) 360 mandat uğrunda isə 3 min 122 namizəd mübarizə aparıb.

Seçki günü təhlükəsizliyin təmin olunmasına Nigeriya polisinin və güc strukturları­nın 400 mindən çox əməkdaşı cəlb edilib. Hakimiyyət orqan­ları quru sərhədlərini bağlayıb, vətəndaşların hərəkətinə məh­dudiyyətlər qoyub. 

Dünən gecə seçkilərin ilkin nəticələri açıqlanıb. Rəsmi nə­ticələr isə yaxın günlər ərzində məlum olacaq.

 

Hazırladı:
M.HACIXANLI,
“Xalq qəzeti”

Son xəbərlər