Hava xəbərləri

post-img

Fevralın 26-da

Bakıda və Abşeron yarımadasında də­yişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Gecə 3-6°, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 60-70 faiz olacaq. 

 Naxçıvan şəhəri, Culfa, Ordubad, Sə­dərək, Şahbuz və Şərur rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək. Gecə 5-10° şaxta, gündüz 8-13° isti olacaq. 

 Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonla­rında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 5-10°, bəzi yerlərdə 12° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Gecə və səhər dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 5-10°, yüksək dağlıq ərazilərdə 14-17° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti olacaq. Gecə və səhər dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Füzuli rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb külə­yi əsəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 10-15° isti olacaq. Gecə və səhər dağlıq ərazilərdə yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qə­bələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Gecə 0-5° şaxta, gün­düz 8-13° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər dağ­lıq ərazilərdə yollar buz bağlayacaq.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabira­bad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Sal­yan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Müla­yim qərb küləyi əsəcək. Gecə 4° şaxtadan 1°-dək isti, gündüz 10-15° isti olacaq. 

Masallı, Yardımlı, Lerik, Lənkəran, Asta­ra rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 5-7° şaxta, gündüz 1-5° isti olacaq. 

 

Ekologiya