Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqənin müsahibə mərhələsi başlayır

post-img

Martın 2-dən Dövlət Gömrük Komitəsinin (DGK) ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində xidmətə qəbulla əlaqədar elan edilmiş müsabiqənin müsahibə mərhələsi başlanacaq.

DGK-dan AZƏRTAC-a bildirilib ki, müsahibələrin keçirilmə tarixi və vaxtı barədə komitənin rəsmi internet səhifəsində (www.customs.gov.az) “Komitə” bölməsinin “Xidmətə qəbul” alt bölməsində yerləşdirilmiş “Gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsahibələrin keçirilmə qrafiki və nəticələri” başlıqlı fayldan (PDF) məlumat almaq mümkündür.

Müsahibə qrafiki üzrə digər namizədlərin müsahibə tarixi və vaxtı barədə məlumatlar əlavə olunacaq.

Müsahibələrin şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsini təmin etmək məqsədilə namizədin razılığı ilə videoçəkiliş aparılacaq.

Müsahibəyə gələn namizədlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Son xəbərlər