BQXK-yə məxsus avtomobillər aksiya ərazisindən keçərək Laçın istiqamətinə gedib

post-img

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın 76-ci günündə də ekofəallar ərazidən humanitar məqsədlər üçün istifadəyə şərait yaradırlar.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beş avtomobil aksiyanın təşkil olunduğu ərazidən sərbəst keçib.

Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Dünən gün ərzində 40 avtomobilin aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətdə keçidi təmin olunub. Laçın Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.

Qeyd edək ki, Azərbaycanlı ekofalların dinc məqsədlə təşkil etdikləri bu aksiya Qarabağda ekoloji istismara qarşı ötən ilin dekabr ayının 12-dən başlayıb.

Son xəbərlər