FHN-in mobil səhra hospitallarında 1090 nəfərə tibbi xidmət göstərilib

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalları zəlzələnin ciddi zərər vurduğu Kahramanmaraşda fəaliyyətini davam etdirir.
FHN-in mətbuat xidmətindən  bildiriblər ki, hospitallarda ötən günlər ərzində, ümumilikdə, 199-u uşaq olmaqla 1090 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib. Hər cür müayinə və müalicə imkanlarına malik mobil səhra hospitalları fasiləsiz fəaliyyətini davam etdirir.
***
Fövqəladə Hallar Nazirliyinin Türkiyədə zəlzələ bölgəsində çalışan çevik xilasetmə qüvvələri fəsadların aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Nazirliyin mətbuat xidmətindən redaksiyamıza bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından, ümumilikdə, 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


“Xalq qəzeti”

Son xəbərlər