Masallı Sənaye Məhəlləsinin yeni rezidenti

post-img

“Azmer Group” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Qurum burada investisiya dəyəri 1,3 milyon manat təşkil edən layihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralar istehsal ediləcək.

Xatırladaq ki, Masallı Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli sərəncamı ilə yaradılıb. Bunda məqsəd sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, eləcə də əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasından ibarət olub. Sənaye məhəlləsi 10 hektar ərazini əhatə edir.

Ötən müddətdə Masallı Sənaye Məhəlləsində 11 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunun da hesabına 400-ə yaxın daimi iş yeri yaradılıb.

XQ

İqtisadiyyat