Cari ilin yanvar–sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 20 milyard 126 milyon manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz çoxdur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən, indiyə qədər ölkə ərazisində 108 min 631 ədəd yeni nəsil NKA quraşdırılıb. Bildirilib ki, yeni nəsil NKA-dan istifadə ticarət proseslərinin optimallaşdırılmasına, hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
XQ