Qeyri-neft sektorunda yeni əmək müqavilələri

post-img

2025-ci il oktyabr ayının 1-nə ölkədə əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 466 min 613 vahid artaraq 1 milyon 868 min 528-ə çatıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, oktyabrın 1-nə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyon 11 min 208 təşkil edib. 2019-cu ilin əvvəlindən indiyədək bu sektorda əmək müqavilələrinin sayı 471 min 286 vahid və ya 87,3 faiz artıb. Ümumi əmək müqavilələrinin 54,1 faizə yaxını qeyri-neft sektorunun özəl bölməsinin payına düşüb. Bütövlükdə, cari ilin 9 ayında qeyri-neft özəl sektorunda qeydə alınmış 28 min artımın əsas hissəsi xidmət, ticarət və tikinti sahələrində müşahidə edilib.

Məlumatda o da bildirilib ki, əldə olunan nailiyyətlər Azərbaycan iqtisadiyyatının post-neft dövrü üçün dayanıqlı və inklüziv inkişaf modelinə keçidini sürətləndirir, eyni zamanda, dövlətin əsas hədəfinin – qeyri-neft sektorunun özəl bölməsində dayanıqlı məşğulluğun və sosial rifahın yüksəldilməsinin uğurla həyata keçirildiyini nümayiş etdirir.

XQ

İqtisadiyyat