BDU-da gənclərin iqlim müzakirələri

post-img

Bakı Dövlət Universitetində (BDU) İqlim Dəyişmələ­ri üzrə Gənclərin Lokal Konfransı “LCOY Azərbay­can-2025”in açılış mərasimi keçirilib. İkigünlük toplan­tıda 150-dən çox gənc iqlim lideri, dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də ölkə­mizin aparıcı ekspertləri iştirak edirlər.

Konfrans BMT-nin İq­lim Dəyişmələri üzrə Çərçivə Konvensiyası daxilində fəa­liyyət göstərən rəsmi gənclər şəbəkəsi olan YOUNGO-nun təşəbbüsü ilə keçirilir və gənc­lərin iqlim siyasətində iştira­kını təmin etmək, innovativ ideyaların mübadiləsinə şərait yaratmaq və qlobal iqlim gün­dəminə töhfə vermək üçün əhəmiyyətli platforma rolunu oynayır.

Qeyd edək ki, “LCOY Azerbaijan 2025” iqlim konf­ransı ölkəmizdə ilk dəfə keçi­rilir. Bakı Dövlət Universiteti və “SEA BREEZE Resort” ilə tərəfdaşlıq çərçivəsində “CBC – Caspian International Broa­dcasting Company”nin infor­masiya dəstəyi ilə keçirilən konfransın əsas təşkilatçısı dayanıqlı inkişaf, ekoloji təh­sil və gənclərin ətraf mühitlə bağlı qərarların qəbuluna fəal cəlb edilməsi sahəsində fəa­liyyət göstərən, BMT-nin İq­lim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında müşahidəçi statusu olan, dünyanın nüfuz­lu ekoloji şəbəkələrinin üzvü və Azərbaycanda “Foundation for Environmental Education” beynəlxalq təşkilatının milli operatoru “EkoSfera” Ekolo­ji-Sosial Mərkəzidir. 

Açılış mərasimində BDU-nun rektoru Elçin Babayev, BMT-nin Azərbaycandakı re­zident əlaqələndiricisi Vladan­ka Andreyeva, BMT-nin İqlim üzrə lideri Nigar Arpadarai, COP29-un Azərbaycandakı gənc iqlim çempionu Leyla Həsənova və “EkoSfera”nın rəhbəri Firuzə Sultan-zadə çıxış ediblər. Bununla yanaşı, gənclər qlobal iqlim hərəka­tında iştirak imkanları ilə bağlı müzakirələr aparıblar.

Konfransın ikinci günü “Sea Breeze Resort”da olacaq. Toplantıda Azərbaycan Gənc­lərinin İqlim üzrə Bəyannamə­sinin qəbul edilməsi nəzərdə tutulub. Bununla yanaşı, kon­frans çərçivəsində Azərbaycan Respublikası Prezidentinin iq­lim məsələləri üzrə nümayən­dəsi Muxtar Babayevin, gənc­lər və idman nazirinin müavini İndira Hacıyevanın, Milli Məc­lisin deputatı, ADA Universi­tetinin icraçı prorektoru Fariz İsmayılzadənin və Azərbaycan Respublikasının Su Ehtiyat­larından İstifadə və Mühafizə üzrə Dövlət Xidmətinin rəhbəri Rafiq Aslanovun iştirakçılarla görüşü planlaşdırılıb.

BMT-nin Dayanıqlı İnki­şaf Məqsədlərinin təşviqinə mühüm töhfələr verəcək kon­frans çərçivəsində keçiriləcək praktiki sessiyalar iştirakçıla­ra müasir kontekstdə ekoin­novativ həllərlə və dayanıqlı biznes yanaşmaları ilə tanış olmaq imkanı yaradacaq. Bu­nunla yanaşı, tədbir gənclərin iqlim fəaliyyətinə səfərbər olunması, milli və beynəlxalq qərar qəbuletmə proseslərin­də fəal iştirakı, habelə COP30 üçün hazırlanacaq Qlobal Gənclər Bəyanatının forma­laşmasına töhfə verilməsi baxımından mühüm platfor­ma olacaq.

XQ

İqtisadiyyat