SOCAR-ın bu ilin ikinci rübündə hasil etdiyi xam neftin həcmi açıqlanıb

post-img

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 18 min metr qazma işləri həyata keçirilib.

XQ SOCAR-a istinadən xəbər verir ki, bu, ötən illə müqayisədə 17 faiz azdır.

Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,8 milyon ton neft (100 min ton az), 2 milyard kubmetr qaz (0,2 milyard kubmetr çox) hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artıb.

Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4 faiz artaraq, 12,7 milyard kubmetr təşkil edib.

Ümumilikdə cari ilin ikinci rübündə Azərbaycanda 6,8 milyon ton xam neft hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 milyon və ya 5,5 faiz azdır.

İqtisadiyyat