Bank aktivlərimiz 57 milyard manata çatır

post-img

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən, bu il iyulun 1-nə ölkəmizin bank sektorunun aktivləri 12,7 faiz artaraq 56,73 milyard manata çatıb. Bankların aktivlərinin 26,78 milyard manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 11,7 faiz böyüyüb, kreditlərin aktivlərdəki çəkisi isə 47,6 faizdən 47,2 faizə enib.

Hesabat dövründə bank sektorunun öhdəlikləri isə 49,79 milyard manata (12,9 faiz çox) yüksəlib. Həmçinin depozit portfeli 6,2 faiz artaraq 37,35 milyard manat olub. Əmanət portfelinin fiziki və hüquqi şəxslərə aid hesablarda 8,5 faiz və 4,6 faiz artım qeydə alınıb. Sektorun balans kapitalı isə 11,3 faiz artaraq 6,95 milyard manata yüksəlib.

 

İqtisadiyyat