Sığorta bazarı 12 faiz böyüyüb

post-img

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin ilk 5 ayında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən, ümumilikdə, 719 milyon 353 min manat sığorta haqqı (ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz və ya 75 milyon 599 min manat çox) yığılıb. 

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 15 faiz çoxalaraq 314 milyon 788 min manata yüksəlib. Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 643 milyon 754 min manat, sığorta ödənişlərinin həcmi isə 274 milyon 241 min manat olub.

 

İqtisadiyyat