Bu gün Xorvatiya-Azərbaycan İnvestisiya Forumu keçiriləcək.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Bu gün həmkarlarla birlikdə Xorvatiyaya işgüzar səfərimiz başlayır. Səfər çərçivəsində bu ölkənin hökumət nümayəndələri ilə keçirəcəyimiz görüşlərdə ikitərəfli iqtisadi əlaqələrə dair müzakirələr aparacağıq, həmçinin Xorvatiya–Azərbaycan İnvestisiya Forumunda iştirak edəcəyik”, - deyə nazir qeyd edib.