Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən oteldə yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində altımərtəbəli otelin birinci mərtəbəsində yerləşən ümumi sahəsi 20 kv.m olan çamaşırxanada baş vermiş yanğın genişlənməsinə, o cümlədən otel binasına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində çamaşırxananın içərisində 1 ədəd paltaryuyan maşın yanıb.
Çamaşırxana və otel binası yanğından mühafizə olunub.
P.ƏMİRCANOV
XQ