Tehranda Xəzər İqtisadi Forumu

post-img

İranın 1-ci vitse-prezidentinin informasiya portalının məlumatına əsasən, dünən Tehranda Xəzəryanı ölkələrin İqtisadi Forumu öz işinə başlayıb. Toplantı 7 panel çərçivəsində Xəzəryanı ölkələrdən nazirlər, nazir müavinləri və digər sahələr üzrə rəsmilər və özəl sektorların iş adamlarının iştirakı ilə keçirilir.

Forumun iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən, ticarət, sənaye, kənd təsərrüfatı, gömrük, bank, investisiya, tranzit və yükdaşıma, texniki və mühəndislik xidmətləri, ətraf mühitin qorunması, turizm, neft, qaz, elektrik və bərpa oluna bilən enerjilər sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və perspektivləri araşdırılır.

Təşkil olunan panellərin nəticələri bu gün (18 fevral) baş nazirlərin iştirakı ilə keçiriləcək İqtisadi Foruma təqdim olunacaq. Bununla əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra yekun bəyanatın imzalanması ilə əməkdaşlığın maksimum şəkildə inkişaf etdirilməsi haqda razılaşma əldə ediləcək.

İqtisadiyyat