Azərbaycan ilə Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunacaq

post-img

Sabah rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstana rəsmi səfər edəcəklər.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və digər rəsmi şəxslərlə görüşəcəklər.

Görüşlərdə iki ölkənin nəqliyyat qurumları arasında əməkdaşlıq, beynəlxalq nəqliyyat dəhlizlərinin mövcud durumu və digər məsələlər müzakirə olunacaq.

 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri 

Tbilisi

İqtisadiyyat