Haqsız rəqabətə yer yoxdur!

post-img

2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti hökmran mövqe və nisbətən yüksək bazar gücündən sui-istifadə hərəkətləri ilə müvafiq bazarlarda rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə 161 müraciətə baxıb. Bu isə əvvəlki illə müqayisədə 3 dəfə çoxdur.

Dövlət Xidmətindən verilən məlumata görə, il ərzində rəqabətin məhdudlaşdırılmasına yol verilməsi üzrə baxılmış müraciətlərin 57 faizi və ya 92-si təmin edilib. Qurum biznes subyektlərinin bazara girişini çətinləşdirən halların qarşısının alınması və aradan qaldırılması istiqamətində tənzimləyici tədbirləri davam etdirir.

 

İqtisadiyyat