Dövlət Gömrük Komitəsindən “XQ”yə bildirilib ki, 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları 6 milyard 650 milyon manat (2023-cü illə müqayisədə 4,9 faiz çox) təşkil edib.
Məlumata əsasən, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 23,2 faiz artaraq 2 milyard 4 milyon manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 1,1 faiz azalaraq 4 milyard 395 milyon manat, aksizlər üzrə daxilolmalar 8,9 faiz azalaraq 204 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 3,8 faiz artaraq 44 milyon manat olub.