Ağdam ayaqqabıları Avropaya göndəriləcək

post-img

Azərbaycanda ilk dəfə olaraq ayaqqabı istehsalçısı beynəlxalq standartlara uyğunluq sertifikatları alıb. EN ISO 20345:2022 və EN ISO 20347:2022 beynəlxalq standartlara uyğunluq sertifikata isə İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC layiq görülüb. 

Bununla da, Ağdam Sənaye Parkında istehsal olunan ayaqqabıların  Avropa bazarına ixracına imkan yaranıb. Hazırda “BAFCO İnvest” MMC tərəfindən istehsal edilən məhsulların ixrac edilməsi məqsədilə MDB və Avropa ölkələri ilə danışıqlar aparılır.

Xatırladaq ki, Ağdam Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən və Almaniyanın tanınmış Desma markasının avadanlıqları ilə təchiz olunan fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabı təşkil edir.

İqtisadiyyat