Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti dekabrın ilk günlərindən etibarən Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması ilə bağlı işlərə başlayacaq. Bu məqsədlə 41 milyon 500 mindən artıq vəsaitin xərclənməsi nəzərdə tutulur.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, Sumqayıt şəhərində kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinin icrası üçün “EL EPCM” MMC ilə müqavilə imzalanıb. Şəhərdə kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərinə isə dekabrın ilk günlərindən başlanılacaq.
İlkin olaraq, “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işləri həyata keçiriləcək. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı hazırlıqlara başlayıb.