2024-cü ilin 10 ayının yekununa əsasən, ölkəmizdə avtomobillərin icbari sığortası üzrə yığımlar 140 milyon 787 min manata yüksəlib. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 708 min manat və ya 4,2 faiz çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankı açıqlama yayıb.
Bildirilib ki, hesabat dövründə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi 105 milyon 349 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 23 milyon 436 min manat və ya 28,6 faiz çoxdur.
Sığorta yığımlarına nisbətən ödənişlərin daha çox artması son bir ildə avtomobillərin icbari sığortası üzrə yığımlar üzrə zərərliliyi 23,4 faiz artırıb. Belə ki, 2023-cü ilin yanvar-oktyabr aylarında sığorta şirkətləri bu sığorta üzrə topladıqları hər 100 manatdan 60,6 manatını ödənişə yönəltmişdirsə, cari ilin 10 ayında bu rəqəm 74,8 manata yüksəlib.