Neftçala Sənaye Məhəlləsi genişləndirilir

post-img

Burada indiyədək 180 milyon manatlıq məhsul buraxılıb

Neftçala Sənaye Məhəlləsinə 46,12 milyon manat investisiya yatırılıb, mövcud layihələr üzrə əlavə olaraq 14,4 milyon manat sərmayənin qoyulması da nəzərdə tutulub.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, sənaye məhəlləsində indiyədək 180 milyon manatdan çox məhsul istehsal edilib, bunun da 1 milyon manatlıq hissəsi ixraca yönəldilib. Cari ilin 9 ayında isə burada 30 milyon manatlıq məhsul satışı həyata keçirilib.

Neftçala Sənaye Məhəlləsinə indiyədək 290-a yaxın daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 200-dən artıq iş yerinin yaradılması planlaşdırılıb.

İqtisadiyyat