Viktor Orban: Qafqaz regionundan Avropaya yaşıl enerji tədarükü Aİ üçün çox vacibdir

post-img

Qafqaz regionundan Avropaya yaşıl enerji tədarükü Avropa İttifaqı (Aİ) üçün çox vacibdir. Bu, meqa Avropa layihəsidir.

AZƏRTAC xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban gürcü həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

“Azərbaycan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropa İttifaqına (Aİ) yaşıl enerji tədarükü layihəsi üzrə aktiv iş görür. Ümid edirəm ki, bu, Aİ ərazisindəki ən uğurlu layihələrdən biri olacaq”, - deyə Viktor Orban əlavə edib.

Qeyd edək ki, 17 dekabr 2022-ci ildə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

İqtisadiyyat