Bu il 269,7 min mülkiyyət qeydiyyata alınıb

post-img

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 2024-cü ilin yanvar–sentyabr aylarında daşınmaz əmlak üzərində 269 min 702 mülkiyyət hüququ qeydiyyata alaraq çıxarışla təmin edib. Xidmətin məlumatına görə, bu göstəricinin 44 min 462-si (16,5 faiz) ilkin, 225 min 240-ı isə (83,5 faiz) təkrar qeydiyyata aid olub.

Dövlət Xidmətinin məlumatına görə, bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 min 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Yanvar–sentyabr aylarında 203 min 56 texniki pasport tərtib edilib, 56 min 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.

İqtisadiyyat