Sahibkarlara güzəştli kredit “asan”laşdırılacaq

post-img

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu İdarə Heyətinin sədri Osman Xaliyev Bakıda “Dayanıqlı mikromaliyyə üçün innovativ həllər” mövzusunda keçirilən konfransda Azərbaycanda güzəştli kredit mexanizminin tam elektron platforma üzərindən həyata keçirilməsinin planlaşdırıldığını bildirib.

Onun sözlərinə görə, artıq bununla bağlı işlər başa çatmaq üzrədir. Bu addın sahibkarların maliyyəyə, xüsusilə güzəştli maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. Hazırda isə həm sahibkarlıq subyektləri, həm də kredit təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi hədəflənit. İllər ərzində atılan addımlar nəticəsində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin Sahibkarlığın İnkişafı Fondunun təklif etdiyi güzəştli kreditlərdə payı indi həm say və həm də məbləğ baxımından artır. Belə ki, bu gün verilən güzəştli kreditlərin say olaraq 99 faizi, məbləğ olaraq isə 93 faizi mikro, kiçik və orta sahibkarların payına düşür.

 

İqtisadiyyat