Ölkəmiz İsveçrədə elektroliz zavodu tikəcək

post-img

Azərbaycan Dövlət Neft Şirkətinin “2023-cü il üzrə davamlı inkişaf haqqında hesabat”ında bildirilir ki, qurum 2026-cı ilə qədər gücü 10 meqavata qədər olan elektroliz zavodunun inşa edilməsini planlaşdırılıb.

Ümumilikdə isə 2025-ci ildə başlanacaq tikintinin sonunda zavodun tam genişləndirilməsi nəticəsində ildə 1–1,2 min tona qədər yaşıl hidrogen istehsalı nəzərdə tutulub. Əldə ediləcək hidrogenin boru kəməri vasitəsilə şirkətin bu ölkədəki yanacaqdoldurma stansiyalarına daşınacağı qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti Bern şəhəri yaxınlığındakı ayda 150-ə yaxın yük maşınını yanacaqla təmin edən ilk hidrogen yanacaqdoldurma məntəqəsini işə salıb. Qurum, həmçinin elektrikli akkumulyatorla işləyən avtomobillər üçün enerji doldurma biznesini genişləndirməyə başlayıb. Şirkət 2023-cü ilin sonuna qədər İsveçrədəki yanacaqdoldurma məntəqələrinin sayını 206-a çatdırıb.

İqtisadiyyat