Bakıda “INMerge İnnovasiya Sammiti” keçirilir

post-img

Bakıda “PAŞA Holdinq”in təşkilatçılığı ilə “INMerge İnnovasiya Sammiti” (INMerge Innovation Summit 2024) işinə başlayıb.

İkigünlük sammitdə müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Müzakirə olunacaq mövzular sırasında “fintech”, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, “insurtech” kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq.

Bundan əlavə, “yeni iqtisadiyyat” vertikalında qabaqcıl texnologiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.

Qeyd edək ki, AZƏRTAC “PAŞA Holdinq”in təşkilatçılığı ilə keçirilən sammitin informasiya tərəfdaşıdır.

İqtisadiyyat