Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Türkiyəyə səfəri çərçivəsində Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşüb.
Görüşdə nəqliyyat sahəsində ikitərəfli və “Lapus Lazuri” marşrutu üzrə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə edilib.
Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.