Mərkəzi Bankın valyuta ehtiyatları 11,8 milyard dollara çatıb

post-img

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları sentyabr ayında 11,8 milyard dollara yaxınlaşıb. Bankın məlumatında bildirilir ki, bu, əvvəlki ayla müqayisədə 0,1 faiz çoxdur. AMB-nin valyuta ehtiyatları son bir ildə 20,6 faiz, ilin əvvəli ilə müqayisədə isə 1,6 faiz çoxalıb.

Məlumatda o da qeyd edilir ki, cari ilin avqustunda Azərbaycanda pul bazası sentyabr ayına nisbətən 1,7 faiz artaraq 20 milyard 897,4 milyon manata yüksəlib. Pul bazası ilin əvvəlinə nisbətən 0,1 faiz, son 1 ildə isə 16,8 faiz çoxalıb.

İqtisadiyyat