Azərbaycanda kibertəhlükəsizlik mütəxəssislərinin “Purple team” təlimlərinə start verilib

post-img

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində özəl və dövlət sektorların kibertəhlükəsizlik mütəxəssislərinin bilik və bacarıqlarını təkmilləşdirmək üçün “Purple team” təlimləri təşkil edilib.

Agentlikdən bildirilib ki, bu istiqamət üzrə təlimlərin keçirilməsi ölkədə ilk dəfədir.

“Purple team” təlimləri kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi olan şəxslər üçün nəzərdə tutulub. Dərslər xarici mütəxəssislər tərəfindən tədris olunur. Sözügedən təlim “red team” (hücum) və ya “blue team” (müdafiə) üzrə ixtisaslaşan mütəxəssislər üçün əla bir fürsətdir.

Təlimlərin keçirilməsində məqsəd ölkədəki kibertəhlükəsizlik kadrlarının ən yüksək səviyyədə bilik və bacarıqlarını formalaşdırmaqdır.

Qeyd edək ki, “Purple team” təlimləri “bootcamp” formatında sentyabrın 30-dan etibarən artıq başlayıb. Sözügedən kohort üzrə tədris prosesi bir ay davam edəcək. Bu istiqamətdə təlimlərin davamlı olması və gələcəkdə digər sektorlarda olan kibertəhlükəsizlik mütəxəssisləri üçün də keçiriləcəyi nəzərdə tutulur.





İqtisadiyyat