Prezident İlham Əliyevin Milli Məclisdə çıxışının müzakirəsinə həsr olunan tədbir keçirilib

post-img

Oktyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Prezident İlham Əliyevin Azərbaycan Respublikası Milli Məclisində çıxışının müzakirəsi: Müstəqil və prinsipial xarici siyasət” mövzusunda tədbir keçirilib.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin VII çağırış Milli Məclisin ilk iclasında cari qlobal və regional böhranlar fonunda Azərbaycan xarici siyasətinin prioritetləri, ölkəmizin üzləşə biləcəyi təhlükəsizlik çağırışlarına adekvat reaksiya mexanizmləri barədə ətraflı çıxış etdiyini diqqətə çatdırıb.

Müasir dövrdə hibrid müharibə taktikalarının genişləndiyini qeyd edən F.Şəfiyevin sözlərinə görə, artıq dövlətlər öz hüdudlarının təhlükəsizliyini hərbi sursatlarla yox, həm də texnoloji imkanlardan faydalanaraq qorumalıdır.









Siyasət